Nazir Qazaxda vətəndaşları qəbul edəcək

Nazir Qazaxda vətəndaşları qəbul edəcək
  11 Mart 2019    Oxunub:1652
Kənd təsərrüfatı naziri İnam Kərimov martın 16-da, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər adı çəkilən DAİM-ə (055-210 64 84) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti