“Nar”ın icraçı direktoru İKT sammitində çıxış edib
Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.
Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şəqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərini bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az