“Rossiya 24” Azərbaycan nefti barədə reportaj yayımlayıb

“Rossiya 24” Azərbaycan nefti barədə reportaj yayımlayıb
  13 Mart 2019    Oxunub:1976
Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın neft sənayesinə dair xüsusi reportaj yayımlanıb.
Azvision.az xəbər verir ki, “Bakı barreli” adlı reportajda ölkəmizdə sənaye üsulu ilə ilk neftin hasil edilməsi və ikinci Dünya müharibəsində qələbədə Azərbaycan neftinin rolundan bəhs olunur. Süjetdə Prezident İlham Əliyevin Davosda OPEC+ razılaşması ilə bağlı fikirlərinə yer verilib.

Reportajda Heydər Əliyev adına neft emalı zavodunun modenləşdirilməsi və yenidənqurulması, martın 17-18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları, “SOCAR Trading” şirkətinin fəaliyyəti, eləcə də Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrdən danışılır.

Energetika naziri Pərviz Şabhazov OPEC+ razılaşması üzrə Azərbaycanın öhdəliyi və buna əməl etməsi, Rusiya şirkətləri ilə əməkdaşlıqdan, SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov isə şirkətin qlobal layihələrindən bəhs edib.

Azvision.az


Teqlər: Azərbaycan   Neft  





Xəbər lenti