Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir. Bildirilir ki, bu il fevralın 28-nə Gürcüstanın Azərbaycana 7 milyon 435 min dollar borcu var.
Ümumiyyətlə fevralda Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18 milyon 549 min dollar azalaraq 5 milyard 448,1 milyon dollar təşkil edib. Bu məbləğin 5 milyard 280,3 milyon dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (323,7 milyon dollar), Fransa (252,4 milyon dollar) və Yaponiya (213,3 milyon dollar) qərarlaşıb. (AzərTac)
Azvision.az
Teqlər: Gürcüstan Borc Hesabat