Bu gün bəzi yerlərdə işıq olmayacaq

  15 Mart 2019    Oxunub : 829
Bu gün bəzi yerlərdə işıq olmayacaq
Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Azərişıq” ASC-dən Azvision.az -a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Azvision.az

Teqlər: Azərişıq