''Azərbaycan Dəmir Yolları'' 400 milyon dollar kredit götürüb

  15 Mart 2019    Oxunub:2173
Yalamadan Astaraya qədər olan yolun yenidən qurulması üçün Asiya İnkişaf Bankından 400 milyon dollar kredit götürülüb.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Cavid Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sədr bildirib ki, bu gün yolun tenderi keçiriləcək və qalib elan olunduqdan 3-4 ay sonra dəmir yolunun tikintisinə başlanılacaq. C.Qurbanov qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən Bakıdan-Astaraya qədər olan dəmiryol xəttinin yenidən qurulması ilə bağlı Dünya Bankına müraciət edilib:

"Dövlət tərəfindən də maliyyələr ayrılır və bunun əsasında 243 km yolun yenidən qurulması, bir xətli yolun iki xəttə keçirilməsi, elektrikləşdirilməsi həyata keçiriləcək. Salyan rayonundan keçəndən sonra Lənkəranda dəmir yolu xəttinin dəniz kənarından çıxarılması üçün də layihələndirmə gedir. Artıq torpaq alınması başa çatdırılır və bu ilin sonuna proses yekunlaşacaq. Gələn ildən yolun həm kreditləşməsi, həm də elektrikləşməsi başa çatacaq".

Qurum rəhbərinin sözlərinə görə, İranla birlikdə 2017-ci ildə dəmir yol xəttilə 27 min yük daşınmışdısa, ötən il 287 min yük daşınıb. "Cari ilin ilk ayının hesablaması göstərir ki, bu il ən azı 600 min ton civarında yük daşınacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəmiryolu  





Xəbər lenti