Ölkədə tərəvəz istehsalı 1,7 dəfə artıb

  16 Mart 2019    Oxunub : 921
Ölkədə tərəvəz istehsalı 1,7 dəfə artıb
2019-cu ilin yanvar-fevral aylarında diri çəkidə 80,5 min ton ət, 304,9 min ton süd, 283 milyon ədəd yumurta, 27,3 min ton tərəvəz istehsal olunub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,4 faiz, tərəvəz istehsalı isə 1,7 dəfə artıb.

Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 43,7 faiz artım qeydə alınıb.

Azvision.az

Teqlər: