Pərviz Şahbazov qazaxıstanlı həmkarı ilə görüşüb

Pərviz Şahbazov qazaxıstanlı həmkarı ilə görüşüb
  17 Mart 2019    Oxunub:1954
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanlı həmkarı Kanat Bozumbayevlə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakının neft sənayesinin beşiyi olduğunu vurğulayan Pərviz Şahbazov düz bir əvvəl OPEC Baş katibinin ölkəmizə səfəri zamanı irəli sürülən “OPEC plus” tədbirlərindən birinin Bakıda keçirilməsi təklifinin reallaşmasını Azərbaycanın bu format çərçivəsində roluna diqqətin göstəricisi hesab edib.

Görüşdə hər iki ölkənin yeni “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində götürdükləri öhdəliklərin icra səviyyəsi, qlobal enerji bazarının vəziyyəti və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində görülən işlər ətrafında müzakirələr aparılıb.

Kanat Bozumbayev “Kaşaqan”, “Tengiz” və digər yataqların işlənməsi, yaxın gələcəkdə əlavə həcmlərin dünya bazarına nəqli üçün nəzərdən keçirilən marşrutlar barədə fikirlərini bölüşüb. Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti və mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Kanat Bozumbayev energetika nazirini 2019-cu ilin sentyabrında Astanada keçiriləcək “Qazaxıstan enerji həftəsi”nə dəvət edib.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti