OPEC+ ölkələrinın Bakı toplantısı başlayıb
Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçiriləcək.
Toplantıda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edir. Tədbirdə, həmçinin OPEC üzvləri Əlcəzair, Birləşmiş Ərəb Əmirliklərinin, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney nazir və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur.
Toplantıda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonu çıxış edib.
Azvision.az