Azərbaycan elektrik enerjisi ixracını artırıb

  19 Mart 2019    Oxunub : 1446
Azərbaycan elektrik enerjisi ixracını artırıb
Yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisi ixracı artıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən məlumata görə, ötən 2 ayda ölkədən 701 milyon 931 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 30 milyon 471 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 20 milyon 290 min dollar olub.

Azvision.az

Teqlər: Enerji   Gömrük