Komitə sədri İmişlidə vətəndaşları qəbul edəcək

  27 Mart 2019    Oxunub : 786
Komitə sədri İmişlidə vətəndaşları qəbul edəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da İmişli şəhərində vətəndaş qəbulu keçirəcək.
Komitədən Azvision.az -a verilən xəbərə görə, qəbul saat 10:00-da şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, AğcabədiFüzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65;

Komitənin Beyləqan ərazi şöbəsi: (021) 246-35-31, 246-40-29;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi: (021) 225-33-67, 246-60-85;

Azvision.az

Teqlər: ƏMDK   Kərəm-Həsənov