Azərbaycan nefti 70 dollardan baha satılır

  02 Aprel 2019    Oxunub : 768
Azərbaycan nefti 70 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 69,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 61,80 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,08 dollar artaraq 70,82 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft