Bank sektorunun aktivləri 30 milyard manata yaxınlaşıb

   Bank sektorunun aktivləri 30 milyard manata yaxınlaşıb
  02 Aprel 2019    Oxunub:1950
28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708.0 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,242.8 mln. manat olub.
Azvision.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348.0 mln. manat), öhdəlikləri 0.9% (222.3 mln. manat), balans kapitalı isə 3.0% (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 mln. manat) artaraq 12,629.9 mln. manat təşkil edib. Bütövlükdə bank sektorunun aktivləri 30 mlrd. manata yaxınlaşıb

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 mln. manat) artıb. Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 mln. manat, xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.


Azvision.az


Teqlər: Bank   Manat  





Xəbər lenti