Salyan-Biləsuvar yolu yenidən qurulur
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kub. m çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda isə yol boyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Layihəyə uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 2 nöqtədə avtobus dayanacağı quraşdırılacaq, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 km uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun şəkildə, birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin şəxsi nəzarəti altında həyata keçirilir. Tərtib olunmuş qrafikə əsasən işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Qeyd edək ki, bu yolun yenidən qurulması bölgədə 41 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Azvision.az