Ordunun ən yaxşı tank bölüyü müəyyənləşib - FOTO+VİDEO

Ordunun ən yaxşı tank bölüyü müəyyənləşib -   FOTO+VİDEO
  04 Aprel 2019    Oxunub:2855
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib.



Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub. Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.






Azvision.az


Teqlər: MN   Ordu   Tank  





Xəbər lenti