"Biz hər dəqiqə döyüşlərə başlaya bilərik" - Zakir Həsənov

  04 Aprel 2019    Oxunub : 1780
 "Biz hər dəqiqə döyüşlərə başlaya bilərik" - Zakir Həsənov
"Tez-tez ön xətdə oluram və şəxsi heyətlə görüşürəm. Ön xətdə yüksək səviyyədə şərait yaradılıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir ön xətdə yerləşən posta səfərindən danışıb:

"Orada 30-a yaxın şəxsi heyət var idi. Soruşdum ki, kimin mənə müraciəti var? Təsəvvür edin, 30 nəfərdən 27-si mənə müraciət etdilər ki, həqiqi hərbi xidmət müddəti bitəndən sonra orduda qalıb xidmətlərini davam etdirmək istəyirlər. Bütün bunlar döyüş ruhunun və vətənpərvərliyin göstəricisidir".

General qeyd edib ki, dövlətimiz ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün çox böyük vəsait sərf edir.

"İqtisadi inkişafımız imkan verir ki, bunu edək. “Azərsilah” Azərbaycan Ordusunu tam şəkildə sursatla təmin edir. Biz rahat hər dəqiqə döyüşlərə başlaya bilərik. Bilirik ki, rahat şəkildə sursatla təmin olunacayıq. Tək sursatlar deyil, yüksək səviyyədə hazırlanmış silahlar var. Bunlar böyük işlərdir. “Azərsilah” mindən çox çeşiddə silah-sursat istehsal edir".

Azvision.az

Teqlər: Nazir   Zakir-Həsənov