"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" - Nazir

"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" - Nazir
  04 Aprel 2019    Oxunub:2436
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbulu başlanılıb.
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, ödəniş "Kapital Bank" və "Turan Bank " vasitəsilə həyata keçiriləcək. Nazir qeyd edib ki, vəsait sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar maddi yardımdan xidmət haqqı tutmayacaq.

Ş. Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib: "Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Nəticədə 14-15 milyon manat kreditlə bağlı tələb ortaya çıxıb və biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda tələb olunan vəsait mövcuddur. Hökumətdə yaradılan komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək" - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanğın   Sahibkar  





Xəbər lenti