Azərbaycan-İsrail münasibətləri müzakirə edilib

Azərbaycan-İsrail münasibətləri müzakirə edilib
  04 Aprel 2019    Oxunub:2729
Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının, İsrail in Azərbaycandakı səfirliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Palatadan Azvision.az -a verilən məlumata görə, Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun giriş nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən, iki ölkə arasında sosial-iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Ticarət Palatasının yaradılmasının Azərbaycan-İsrail iqtisadi əlaqələrinin dərinləşməsində mühüm rol oynadığını bildirən A. Kaplun qurumun gələcək fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Azərbaycanın vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov tədbirdə çıxış edərək iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı ticari dövriyyələrin həcminin artırılması və şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışıb. Qeyd edilib ki, Azərbaycan-İsrail Ticarət Palatası bu əməkdaşlığın genişləndirilməsi üçün böyük işlər görə bilər. İki ölkə arasında biotexnologiyalar, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və telekommunikasiyalar sahələrində, həmçinin təhsil, səhiyyə və əczaçılıq sektorlarında əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğunu vuğulayan M. Cabbarov hazırda Azərbaycanda İsrail kapitallı hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinin çalışdığını, İsrail sərmayədarlarının və işgüzar dairələrinin ölkədə fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Azvision.az


Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti