FİDE prezidenti Şəmkirdə olub

FİDE prezidenti Şəmkirdə olub
  04 Aprel 2019    Oxunub:1796
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.
"ShamkirChess2019" superturnirinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir.

A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşündə ilk gedişi edib.

Ardınca FİDE prezidenti Şəmkirdəki Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Sonda A.Dvorkoviç mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

Azvision.az



Teqlər:





Xəbər lenti