"Himnimiz səslənəndə gənclərimiz onu oxumurlar" - Nazir

 "Himnimiz səslənəndə gənclərimiz onu oxumurlar" -    Nazir
  05 Aprel 2019    Oxunub:2600
"Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Qonaqların da reaksiyası bu ifaya yaxşı oldu".
Azvision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və himni ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu dedilər:

" Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki hamı bir ağızdan oxumalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Himn   İdman  





Xəbər lenti