Bu yolda xətlənmə işləri aparılır

Bu yolda xətlənmə işləri aparılır
  05 Aprel 2019    Oxunub:1951
Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, işlər Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti