“ASAN Finans” layihəsinin əhatə dairəsi genişlənir
Sistem maliyyə təşkilatlarına dövlət informasiya sistemlərinə çıxış hüququ yaratmaqla onlara vətəndaşlara dair məlumatların real vaxt rejimində əldə edilməsi, məlumatların rəqəmsal sistemdə olmasına, onların təhlili və qərarvermə prosesində analizlərin sürətli aparılmasına, operator, əməliyyat və digər xərclərə, həmçinin fiziki resurslara qənaətə imkan yaradılması, rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi kimi üstünlüklər qazandırır. Bundan əlavə sistem vətəndaşlar üçün bank xidmətlərindən istifadə zamanı kağız daşıyıcıların rolunu minimallaşdırır, bank və sığorta xidmətləri üzrə müraciətləri vahid rəqəmsal məkandan daha sürətli və şəffaf şəkildə göstərir, məsafədən bankçılıq xidmətini daha əlçatan edir, bank xidmətlərinə 7/24 elektron müraciət imkanı yaradır.
Hazırda “ASAN Finans” 34 qurumu əhatə edir. Bunlardan 12 qurum – “Expressbank” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC, “Premium Bank” ASC, “AGBank” ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Unibank”, Azərbaycan Mikro Kredit, “İDEAL Kredit”, “Paysis” MMC real rejimdə fəaliyyətə keçib. Həmçinin 22 qurumla müqavilə imzalanıb, daha 12–si ilə işlər davam etdirilir.
“ASAN Finans” sisteminə qoşulmaq üçün əlaqə vasitəsi : 012 444 74 44 (daxili nömrə: 3136).
Azvision.az
Teqlər: ASANFinans