Şabrandan Bakıya gələn yolda sürət həddi endirilib

  Şabrandan Bakıya gələn yolda sürət həddi endirilib
  05 Aprel 2019    Oxunub:2646
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Sürət  





Xəbər lenti