Lənkəranda partlamamış mina tapılıb
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62P3) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Tank əleyhinə minanın ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 5 aprel tarixlərində 75 siqnal (əməliyyat çağırışı) əsasında 67 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olunub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib min 340 ədəd partlamamış hərbi sursat (PHS), min115 ədəd müxtəlif çaplı patron, 8 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 20 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 109,395 kv.m ərazi yerüstü və 7,472 kvadratmetr ərazi yeraltı yoxlanılıb.
Azvision.az