Azərbaycanın 10 milyonuncu sakini doğulub

 Azərbaycanın 10 milyonuncu sakini doğulub
  06 Aprel 2019    Oxunub:6774
2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Azvision.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Azvision.az



Teqlər: Uşaq  





Xəbər lenti