Mədət Quliyev gənclərə çağırış etdi

  07 Aprel 2019    Oxunub : 3730
 Mədət Quliyev gənclərə çağırış etdi
“Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq”
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında keçirilən velosiped yürüşü zamanı deyib:

“Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər”.

Azvision.az

Teqlər: DTX   Mədət-Quliyev