Polis tapança gəzdirən şəxsi tutub

Polis tapança gəzdirən şəxsi tutub
  08 Aprel 2019    Oxunub:2161
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Avşar kənd sakini İlqar İsmayılov saxlanılıb.

Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd “Revolver” markalı tapança və 1 ədəd patron aşkar edilərək götürülüb.

Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti