Prezident Səhiyyə Nazirliyinə pul ayırdı

Prezident Səhiyyə Nazirliyinə pul ayırdı
  08 Aprel 2019    Oxunub:2940
Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti