Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
  08 Aprel 2019    Oxunub:1747
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normanın 80-110 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, aprelin 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 257 kubmetr olmaqla ongünlük normanın 55 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil etməklə ongünlük normanın 72 faizinə bərabərdir.

Kür çayının aşağı axımında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 8 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380, Şirvanda 169, Salyanda 188, Bankədə 181, Araz çayının Novruzlu məntəqəsində isə 98 santimetrə bərabərdir.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti