Sürücülərin nəzərinə, bu yol bağlanacaq

   Sürücülərin nəzərinə, bu yol bağlanacaq
  09 Aprel 2019    Oxunub:1877
Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər (7 saat) Səməd Vurğun və Füzuli kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə göstərilən vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, xətlənmə işləri BNA-nin sifarişi əsasında həyata keçirilir.

Azvision.az


Teqlər: AAYDA   Yol  





Xəbər lenti