Daha 3 rayonda azot gübrəsi güzəştli satılacaq
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprelin 10-da Qax rayonunun Güllü kəndində, 11-də Zaqatala rayonunun Makov kənd inzibati ərazi nümayəndəliklərinin binasında, 12-də Balakən rayonunun Qabaqçöl inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış barədə ətraflı məlumat almaq üçün Qax rayonu üzrə +994055 361-08-91 (Məhəmməd Fətəliyev, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Zaqatala rayonu üzrə +994055 663-40-89 (Xalis Mahalov, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Balakən rayonu üzrə +994050 645-18-78 (Məhəmməd Şərifov, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) ilə əlaqə saxlamaq olar.
Azvision.az