"Azərsu” "Formula 1" yarışlarına hazırlaşır
Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.
Qəzaların aradan qaldırılması üzrə nümunəvi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 80-dək əməkdaşı iştirak edib. Təlimlərdə qəza hallarının operativ qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak edib.
Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilmişdir. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Azvision.az
Teqlər: Azərsu