Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb

  09 Aprel 2019    Oxunub : 710
Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.

H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev