Borcu olan 63 nəfər saxlanılıb

  11 Aprel 2019    Oxunub : 600
 Borcu olan 63 nəfər saxlanılıb
Aprel ayının 10 günündə borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, bu müddətdə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 8 nəfər saxlanılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Borc   Axtarış   DİN