Mərkəzi Bank 350 milyon manat cəlb edir

  19 Aprel 2019    Oxunub : 894
Mərkəzi Bank 350 milyon manat cəlb edir
Aprelin 22-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 faiz təşkil edir.

Azvision.az

Teqlər: Mərkəzi-Bank