Kərəm Həsənov Kürdəmirdə qəbul keçirəcək

Kərəm Həsənov Kürdəmirdə qəbul keçirəcək
  22 Aprel 2019    Oxunub:2816
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Kürdəmirlə yanaşı Ucar və Göyçay rayonlarından olan vətəndaşlar da iştirak edə bilərlər. Qəbul zamanı komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov - (050) 800-50-65;

Komitənin Ucar ərazi şöbəsi: (020) 213-01-13, 255-55-39;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi: (020) 213-02-74, 255-51-62;

Azvision.az


Teqlər: Qəbul   Kürdəmir  





Xəbər lenti