Bank sektorunun icmal göstəriciləri açıqlanıb

Bank sektorunun icmal göstəriciləri açıqlanıb
  08 May 2019    Oxunub:2258
31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,846.9 mln. manat, cəmi öhdəlikləri isə 25,533.2 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, sektorun balans kapitalı 4,313.7 mln. manat olub.

Aktivlər

Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8,253.5 mln. manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 mln. manat) artaraq 5,465.8 mln. manat təşkil edib. Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 mln. manat) artaraq 10,318.5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19.2% (278.1 mln. manat) artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17,749 nəfər təşkil edib. 31 mart 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).

Azvision.az


Teqlər: Bank   Kapital  





Xəbər lenti