Ölkədə qaz hasilatı 43 faizdən çox artıb

  14 May 2019    Oxunub : 1106
Ölkədə qaz hasilatı 43 faizdən çox artıb
Ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 43,5 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4 faiz çoxalıb.

Azvision.az

Teqlər: Qaz   Neft