“Azeri Light” 75 dollardan baha satılır

“Azeri Light” 75 dollardan baha satılır
  21 May 2019    Oxunub:1326
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 72,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 63,41 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar ucuzlaşaraq 75,53 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti