UEFA prezidentindən Bakı finalına dəstək

  24 May 2019    Oxunub : 2747
 UEFA prezidentindən Bakı finalına dəstək
UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avropa Liqasının final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.
Azvision.az xəbər verir ki, Çeferin final ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyəti barədə deyilənlərə münasibət bildirib və qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti müsahibədə erməni futbolçu Mxitaryanın guya təhlükəsizlik məsələsinə görə Bakıya gəlməməsindən də söz açıb. Vurğulayıb ki, Mxitaryanın fikirləri Fransada “Avro-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir.

“Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.

Azvision.az

Teqlər: UEFA   Avropa-Liqası