Məşhur musiqiçi pəncərədən yıxılaraq ölüb

Məşhur musiqiçi pəncərədən yıxılaraq ölüb
  21 İyun 2019    Oxunub:2163
Məşhur “Cassius” duetinin üzvü, fransalı musiqiçisi, DJ Filipp Zdar pəncərədən yıxılaraq ölüb.
Azvision.az xəbər verir ki, 52 yaşlı musiqiçi Parisdə binalardan birinin yuxarı mərtəbəsindən yerə düşüb. Ağır xəsarətlər alan DJ-in həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Filipp Seboneşi 1993-cü ildə Hubert Blank-Frekardla birlikdə “Cassius” duetinin əsasını qoyub. O, tanınmış reperlər Kanye Vest, Pharrell və MC Solaar ilə birgə çalışıb.

Azvision.az





Teqlər: Paris   Musiqiçi  





Xəbər lenti