Baş katib Kobaxidzenin Bakıdan getdiyini təsdiqlədi

  21 İyun 2019    Oxunub : 2224
 Baş katib Kobaxidzenin Bakıdan getdiyini təsdiqlədi
“Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdə idi. Onun səfəri dayandırıldı və ölkəsinə geri qayıtdı. Onları başa düşməliyik ki, hazırda orada vəziyyət xeyli mürəkkəbdir. Problem məhz parlamentdədir”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib.

O bildirib ki, Gürcüstan nümayəndə heytənin təcili geri qayıtması ölkələrində baş verən gözlənilməz hadisələr ilə bağlıdır:

“Gürcüstan bizim üçün dost və qardaş ölkədir. Arzu edirəm ki, qısa müddətdə orada olan mürəkkəblik aradan qaldırılsın”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Asəf-Hacıyev   QDİƏT