Qızıl oğurlamaq istəyən şəxs iş başında tutuldu

Qızıl oğurlamaq istəyən şəxs iş başında tutuldu
  22 İyun 2019    Oxunub:2173
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlama cəhd göstərmiş şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti