Kürdə batan qardaşlardan birinin meyiti tapılıb

Kürdə batan qardaşlardan birinin meyiti tapılıb
  22 İyun 2019    Oxunub:1729
Salyanda Kür çayında batan qardaşlardan birinin meyiti tapılaraq sudan çıxarılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Kür   Çay  





Xəbər lenti