Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yanğın hadisəsi baş verməyib.