"X-Lady"dəki yanğın söndürülüb - Yenilənib

  23 İyun 2019    Oxunub : 4573
 "X-Lady"dəki yanğın söndürülüb - Yenilənib
Bakı şəhərinin Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş vermiş yanğın söndürülüb.

Azvision.az xəbər verir ki, yanğınla əlaqədar qərargah yaradılıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov, Nizami rayonun icra başçısı Arif Qasımov hadisə yerinə baş çəkiblər. Hazırda yanğının səbəbləri araşdırılır.

Əlavə məlumat veriləcək.

***
(10:29)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az

Teqlər: FHN   Yanğın   Mağaza