Biləsuvarda ev yanıb

Biləsuvarda ev yanıb
  24 İyun 2019    Oxunub:2150
Biləsuvarda birmərtəbəli ev yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Bəydilli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin tavanı 60 m² sahədə və ümumi sahəsi 60 m² olan tövlənin içərisinə yığılan 10 ton ot bağlamasının 3 tonu yanıb.

Evin, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti