Bir gündə üç piyada ölümü

Bir gündə üç piyada ölümü
  24 İyun 2019    Oxunub:1950
İyunun 23-də saat 23 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxs hadisə yerində ölüb. Bundan başqa iyunun 23-də saat 9 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə 40-45 yaşlı kişi vurulub. Həmin şəxs hadisə yerində ölüb.

Anoloji hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, iyunun 23-də saat 21 radələrində qəsəbə ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub. M.Əliyev hadisə yerində ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti