Soyğunçuluq edən şəxs saxlanılıb

  25 İyun 2019    Oxunub : 676
Soyğunçuluq edən şəxs saxlanılıb
İyunun 24-də Təbriz küçəsindəki evlərin birinin qarşısında naməlum şəxs Bakı şəhər sakini N.Bərxudarlının içərisində 240 manatı olan çantanı açıq talama yolu ilə alıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Nərimanov RPİ 18-ci PŞ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini T.Mürsəlov saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN