Oğuzda taxıl sahəsi, Bakıda sex yanıb

Oğuzda taxıl sahəsi, Bakıda sex yanıb
  26 İyun 2019    Oxunub:1998
Oğuz rayonun Yaqublu kəndində 5 ha biçilmiş taxıl sahəsi və 8 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb. Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti